
FHN “Sədərək” ticarət mərkəzində yanğın olması barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, “Sədərək” ticarət mərkəzi ərazsində yanğın olması barədə nazirliyin “qaynar xətt”inə hər hansı məlumat daxil olmasa da, sosial şəbəkədə yanğın barədə yayılan görüntülər araşdırılıb.
Araşdırma zamanı ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlardan birinin özünə məxsus ərazidə məişət tullantılarını yandırdığı məlum olub.
***10:09
Sədərək Ticarət Mərkəzində yerləşən mebel anbarlarının birində yanğın baş verib.
Globalinfo.az xəbər verir ki, ərazidə bir neçə kvadrat metr ərazidə yonqar yanıb. Hadisə yerinə yanğınsöndürənlər çatana kimi yanğının qarşısı alınıb.
Hadisə yerindən görüntüləri təqdim edirik:














