Bayden və Tramp arasında gərgin anlar: “III Dünya Savaşı qapıdadır”

“Kiyevin rus qoşunları tərəfindən tutulması üçüncü dünya müharibəsinə gətirib çıxaracaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden respublikaçı rəqibi Donald Trampla debat zamanı deyib.

C.Bayden Trampla müzakirə zamanı Rusiya prezidentini qatil adlandırıb:

“Müharibə istəyirsənsə, qoy Rusiya Kiyevi alsın. Siz Polşada, Macarıstanda və sərhəddə yerləşən digər ölkələrdə nə baş verdiyini görəcəksiniz. Sonra üçüncü dünya müharibəsi olacaq. Vladimirn Putin qatildir. O, minlərlə insanı öldürüb. Açıq deyib ki, sovet imperiyasının bir hissəsini bərpa etmək istəyir. Hətta yalnız bir hissə yox, o bütün Ukraynanı istəyir. Siz düşünürsünüz ki, o bunda dayanacaq? Düşünürsünüz ki, o, Ukraynanı tutandan sonra dayanacaq? Sizcə sonra Polşa ilə nə baş verəcək? Belarusla, NATO ölkələri nə baş verəcək?”

D. Tramp isə  cavabında bildirib ki, Ukraynadakı müharibənin günahkarı Baydendi:

“Bu müharibə heç vaxt başlamalı deyildi. Təkcə Bayden dönəmində Kiyevə 200 milyarddan çox pul ayrılıb. Bu çox böyük pullardır. O bunu dayandırmaq üçün heç nə etmədi. Əksinə, o Rusiyanın müharibəyə girməsi üçün hər şeyi etdi. Mən deyəcəm nə baş verdi. O Əfqanıstanla bağlı da pis davrandı. Bu dəhşət idi, ölkə tarixinin biabırçı anı idi. Ukraynanın inları, hərbçiləri bitir. Onlar həddən artıq çox insan itiriblər. Bu, çox kədərlidir. Üçüncü Dünya Müharibəsi istəyirsiniz? O zaman Trampa qalib gəlməyə və Putinə “NATO ilə nə istəyirsən onu da elə?” deməyinə izin verin. Ona görə də müharibə istəyirsinizsə, Putinə imkan verin Kiyevi tutsun. Görün ondan sonra Polşa, Macarıstan və digərləriylə nə baş verir”.

Safura Bənnayeva
Globalinfo.az