Fransanın müdafiə naziri Sebastyan Lekornu yaxın vaxtlarda Ermənistana səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə nazir özü məlumat yayıb.
O iddia edib ki, Ermənistan Azərbaycandan gələn təhdidlərlə bağlı ciddi təhlükəsizlik problemləri ilə üz-üzədir:
“Bizim vəzifəmiz Ermənistanın müdafiə potensialını artırmaqdır”.
Lekornu əlavə edib ki, Fransa müdafiə naziri ilk dəfə Ermənistana səfər edəcək.
Əliyar Xəlil
Globalinfo.az














