“Səbail” “Araz-Naxçıvan”la heç-heçə etdi

"Səbail" "Araz-Naxçıvan"la heç-heçə etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun növbəti oyununda “Səbail” və “Araz-Naxçıvan” komandaları arasında keçirilib.

Globalinfo.az xəbər verir ki, “ASCO Arena”da təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

Hesabı 30-cu dəqiqədə Naxçıvan komandasının hücumçusu Ülvi İsgəndərov açıb. Lakin 76-cı dəqiqədə Marko Nikoliç paytaxt təmsilçisinin bərabərlik qolunu vurmağa müvəffəq olub.

Bu nəticədən sonra “Araz-Naxçıvan” 54 xalla 3-cü, “Səbail” 21 xalla sonuncu – 10-cu pillədə yer alıb.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Turan Tovuz” evdə “Şamaxı” ilə 1:1 hesablı heç-heçə edib, “Kəpəz” isə “Zirə”yə uduzub – 0:1.

Bu gün saat 20:00-da “Sabah” – “Qarabağ” matçı start götürəcək. Tura aprelin 28-də “Sumqayıt” – “Neftçi” oyunu ilə yekun vurulacaq.