Rusiyada azərbaycanlıların toyuna basqın – VİDEO

Rusiyada azərbaycanlıların toyuna basqın - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən restoranların birində baş tutan azərbaycanlıların toy mərasimi hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat səbəbindən qəfil yarımçıq kəsilib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı videogörüntülər “Telegram” kanallarında paylaşılıb.

Mərasimin keçirildiyi məkana gələn hüquq-mühafizə orqanları əməkdaşları toyda iştirak edən bütün vətəndaşların sənədlərini yoxlayıblar.

Yoxlama nəticəsində beş nəfərin saxlandığı bildirilir.

İlkin məlumata görə, saxlanılan şəxslərin deportasiya olunmaları gözlənilir.