4 yaşlı uşağı əqrəb sancdı

4 yaşlı uşağı əqrəb sancdı

Salyan rayonunda 4 yaşlı uşağı əqrəb sancıb.

Globalinfo.az xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Kənd sakini, 2019-cu il təvəllüdlü Qəribli Mələk Taleh qızı əqrəb sancması ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Doğmalarının dediyinə görə, uşaq həyətdə oynayarkən əqrəb barmağından sancıb.

Faktla bağlı araşdırma aparılır.