Sallivan və Kılıç ABŞ-Türkiyə münasibətlərini müzakirə etdilər

 

Sallivan və Kılıç ABŞ-Türkiyə münasibətlərini müzakirə etdilər

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla Türkiyə liderinin baş müşaviri Akif Çağataş Kılıç arasında telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, tərəflər Türkiyə-ABŞ münasibətlərini, eləcə də, İsrailin Qəzzada davam edən hücumlarını və Ukrayna münaqişəsini müzakirə ediblər.

Həmçinin Türkiyə və ABŞ üçün vacib olan terrorla mübarizə və ikitərəfli əməkdaşlıq məsələləri də telefon danışığının müzakirə mövzusu olub.

Müşviq Tofiqoğlu
Globalinfo.az