Şahramanyan saxlanıldı, bu da son – Erməni deputat

“Ermənistan hakimiyyəti Samvel Şahramanyanın maşınını saxlamaqla “artsax artıq yoxdur” mesajı verməyə çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.

“Patrul xidməti “artsax prezidenti”nin avtomobilini saxlayıb və ona qanunla kortejdə getmək hüququ olmadığı barədə xəbərdarlıq edilib. Hökumət xırda xuliqan rolunu oynayaraq “artsax”la bağlı simvola, institusional quruma bənzəyən hər şeyi məhv etmək istəyir. Bunun üçün əlindən gələni edir. Mesaj açıqdır, “artsax prezident institutu” və ya “artsax hakimiyyəti” artıq yoxdur”, – T.Abramyan bildirib.

Qeyd edək ki, ötən gün keçmiş separatçı rejimin başçısı Samvel Şahramanyanın saxlanılması haqda xəbər yayılıb.

Ayşən Mustafa
Globalinfo.az