5469802733524611379

Azərbaycan Rusiya ilə münasibətlərdə istənilən ssenariyə hazırdır”.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sabiq direktoru, politoloq Fərhad Məmmədov öz teleqram kanalında məlumat paylaşıb.

Məmmədov qeyd edib ki, Azərbaycan Rusiya ilə münasibətlərdə prinsipial və ardıcıl mövqe nümayiş etdirir.

“Kreml Azərbaycanın tələblərini yerinə yetirməlidir. Eskalasiya davam edir. Deeskalasiya imkanı var, lakin bu, yalnız Rusiyanın davranışından asılıdır”, – deyə politoloq vurğulayıb.

Fərhad Məmmədov qeyd edib ki, rəsmi Bakı milli maraqlar çərçivəsində hərəkət edir və bu çərçivədə Moskvanın mümkün addımlarına cavab verməyə tam hazırdır:

“Azərbaycan konstruktiv yanaşma nümayiş etdirir, lakin əgər Rusiya Bakının maraqlarını nəzərə almazsa, Azərbaycan hadisələrin istənilən inkişafına, o cümlədən daha da gərginləşməsinə hazırdır”.

Tahir Turan
Globalinfo.az

Paylaş: