Şahramanyanın qardaşı döyüldü – VİDEO

Şahramanyanın qardaşı döyüldü - VİDEO

Qarabağdakı keçmiş qondarma rejimin lideri Samvel Şahramanyanın qardaşı, separatçıların keçmiş “şəhərsalma naziri” Karen Şahramanyan İrəvandakı etiraz aksiyaları zamanı döyülüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik” görüntü yayıb.

Separatçıların İrəvanda fəaliyyət göstərən “nümayəndəlik” binasının qarşısındakı aksiyalar zamanı ermənilər K.Şahramanyana hücum ediblər. Dava zamanı etirazçılar onun pencəyini cırıb, qalstukunu qoparıblar.

Polis və xüsusi təyinatlılar onu etirazçıların əlindən çətinliklə alıblar.

İrəvanda hazırda vəziyyətin gərgin olaraq qaldığı deyilir.

Əliyar Xəlil
Globalinfo.az