Sahibə Qafarova Simonyanla görüşdü – FOTOLAR

Sahibə Qafarova Simonyanla görüşdü - FOTOLAR

2025-ci il oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Asambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Aparılan müzakirələrdə spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar.

Spikerlər konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildiriblər.

Sahibə Qafarova Simonyanla görüşdü - FOTOLAR

 

Sahibə Qafarova Simonyanla görüşdü - FOTOLAR Sahibə Qafarova Simonyanla görüşdü - FOTOLAR

***

Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş başa çatıb.

Globalinfo.az xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutub.

***

Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş başlayıb.

Globalinfo.az xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində keçirilir.