Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə yola düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə prezident administrasiyasının xarici siyasət şöbəsinin müdiri Saqinbek Abdumutalip məlumat verib.
O bildirib ki, Prezident Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək sammitində iştirak etmək üçün iyulun 3-4-də Azərbaycana işgüzar səfərdə olacaq.
Saqınbek Abdumutalip qeyd edib ki, işgüzar səfər zamanı Qırğızıstan tərəfindən Azərbaycan Respublikasının Ağdam rayonunda inşa edilmiş “Aykol Manas” məktəbinin rəsmi açılışı da baş tutacaq.
***09:15
Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 3-də Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammitində iştirak etmək üçün Azərbaycana ikigünlük işgüzar səfər edəcək.
Globalinfo.az bildirir ki, bu barədə dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin müdiri Sağınbek Abdumutalip məlumat verib.














