Xəbər verdiyimiz kimi, gecə saatlarında Sabirabadda baş verən yanğın zamanı bir ailənin 4 üzvü yanaraq ölüb.
Globalinfo.az Unikal.az-a istinadən yanğında həyatını itirən ailənin fotosunu təqdim edir:
***
Sabirabad rayonunda bir ailənin 4 üzvünün öldüyü yanğın hadisəsinin təfərrüatı məlum olub.
Globalinfo.az xəbər verir ki, Oxu.az-ın məlumatına görə, yanğının evdə qısaqapanmadan baş verdiyi ehtimal edilir.
Belə ki, ikimərtəbəli evdə qoşulu qalan kondisioner qızıb və evin elektrik xəttində qısaqapanma yaranıb. Nəticədə evin birinci mərtəbəsində naqillərdə alışma baş verib.
Hadisə zamanı ailə evin ikinci mərtəbəsində olduğundan yanğından gec xəbər tutub.
Nəticədə ailənin 4 üzvü evlə birlikdə yanaraq ölüb.
Faktla bağlı araşdırmalar davam edir.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.
Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.
İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.
Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.
Əlavə məlumat veriləcək.
***08:13
Sabirabad rayonunun Muğan Gəncəli kənd sakini, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızına məxsus, ümumi sahəsi 240 kv. metr olan fərdi yaşayış evi yanıb.
Globalinfo.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə hadisə zamanı ev sahibinin oğlu, 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, gəlini, 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı, nəvələri, 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı ölüb.














