Müstəqillik istəyən sabiq nazir sərbəst buraxılıb

Müstəqillik istəyən sabiq nazir sərbəst buraxılıb

Polis Şotlandiyanın keçmiş birinci naziri Nikola Sterceni Şotlandiya Milli Partiyasının (SNP) maliyyələşdirməsi ilə bağlı istintaq çərçivəsində sorğu-sual edildikdən sonra sərbəst buraxıb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat verib.

“11 iyun 2023-cü ildə Şotlandiya Milli Partiyasının maliyyələşdirmə işində şübhəli şəxs qismində həbs olunan 52 yaşlı qadın davam edən istintaq çərçivəsində heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb”, – polisin açıqlamasında deyilir.

***

Şotlandiyanın sabiq Birinci naziri Nikola Stercen saxlanılıb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Nikola Stercenin regionda hakim Şotlandiya Milli Partiyasının maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanıldığı bildirilib.