Sabiq MİT əməkdaşı İran və Azərbaycan kəşfiyyatını müqayisə etdi – Hansı güclüdür?

Sabiq MİT əməkdaşı İran və Azərbaycan kəşfiyyatını müqayisə etdi - Hansı güclüdür?

Hazırkı proseslərdə Azərbaycanın kəşfiyyat xidməti İran casuslarının ovçusuna çevrilib. 44 günlük müharibədə Azərbaycan ordusu öz gücünü döyüş meydanında necə sübut etdisə, kəşfiyyat sistemi də bu yolda irəliləyir.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) sabiq əməkdaşı, kəşfiyyat mütəxəssisi, akademik Əli Burak Darıcılı qeyd edib.

Mütəxəssis Azərbaycan və İranın kəşfiyyat xidmətlərini dəyərləndirib:

“2015-ci ildə Azərbaycan kəşfiyyat məsələsində yenilənmələr həyata keçirdi. Burada xarici və daxili kəşfiyyat birlikləri bir-birindən ayrıdır. Məsələn, Türkiyədə hər iki istiqamətə vahid mərkəz nəzarət edir.

İranın kəşfiyyat gücü də kiçik görülməməlidir. Amma son zamanlar İsrailin MOSSAD birliyi İran daxilində çox önəm verilən və gizli saxlanılan nüvə layihələrinə rəhbərlik edən şəxslərə sui-qəsdlər həyata keçirir, Tehran isə bunları əngəlləyə bilmir. Yəni MOSSAD İran daxilində istədiyi kimi hərəkət edir. Ölkənin ən əhəmiyyətli şəxslərini sadəcə süni intellek alqoritmi ilə işləyən silahlar vasitəsilə çox rahat şəkildə məhv edə bilir. Bunun əsas səbəbi isə bir kəşfiyyat xidmətinin ən çox daxilə diqqət etməsi və sadəcə hakim rejimi qorumağa yönəlməsidir”.

Ayşən Mustafa
Globalinfo.az