Tanınmış iş adamına ağır itki – FOTO

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rövşən Sadıxov və Ağ Şəhər Layihəsinin icraçı direktoru, tanınmış iş adamı Ruslan Sadıxova ağır itki üz verib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, Sadıxov qardaşlarının atası, tanınmış tibb işçisi Oqtay Sadıxov ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Oqtay Sadıxov uzun müddət səhiyyə sistemində müxtəlif vəzifələrdə çalışıb.