Sülhməramlılar Qarabağda 3 minə ərik satırlar – Zohrabyan

“Rusiya sülhməramlıları öz səlahiyyətlərini yerinə yetirmək əvəzinə alverlə məşğul olurlar”.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sabiq üzvü Naira Zohrabyan jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında deyib.

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətini tənqid edən Naira Zohrabyan bildirib ki, Ermənistandan və Qarabağdan olan bəzi iş adamları sülhməramlılarla birgə monopoliya qurublar.

“Onlar Rusiya sülhməramlılarına müəyyən miqdarda pul verərək öz məhsullarını Xankəndiyə göndərə və bir kiloqram əriyi üç min dramdan sata bilirlər”, – deyə N.Zohrabyan qeyd edib.