Sabahdan Vatsap bu telefonlarda işləməyəcək – Siyahı

Sabahdan Vatsap bu telefonlarda işləməyəcək - Siyahı

Dünyanın ən böyük mesajlaşma proqramı olan Vatsap , oktyabrın 24-dən etibarən bəzi smartfonlarda işləməyəcək.

Globalinfo.az bakupost.az-a istinadən xəbər verir ki, Vatsap oktyabrın 24-dən etibarən Google mobil əməliyyat sisteminin Android 5.0 və daha köhnə versiyalarında mövcud olmayacaq.

Google Nexus 7, Sony Xperia Z, LG Optimus G Pro və HTC One kimi bir vaxtların məşhur telefonları artıq Vatsap-ı dəstəkləməyəcək.

Bundan əlavə, Samsung-un Galaxy Note 3 və Galaxy S4 də Vatsap dəstəyini itirəcək.