Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili parlament seçkisindən öncə bu ölkədəki azərbaycanlılara müraciət edib.
Globalinfo.az xəbər verir ki, onun müraciəti Feybsuk səhifəsində yerləşdirilib.
“Bu sizin həyatınızın ən əsas seçkisidir. Ayın 26-da qalib gəlməliyik. Sizi nə qədər çox sevdiyimi yaxşı bilirsiniz. Biz bərabər çox işlər görmüşük və irəli də birgə görüləcək daha çox işlərimiz var.
Vətənimiz Gürcüstanı əmin-amanlığa birgə çıxarmalıyıq. Heç nədən qorxmayın. “Sizin səsinizin heç bir əhəmiyyəti yoxdur və ya hökumət sizin kimə səs verdiyinizi biləcək” deyənlərə inanmayın.
Rahat seçkilərə gedin və 5 nömrəyə səs verin”, – deyə o bildirib.
***17:10
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkəsindəki ermənilərə müraciət edib.
Globalinfo.az xəbər verir ki, onun müraciəti Feysbuk səhifəsində yerləşdirilib.
“Bilirsiniz ki, Gürcüstanın Avropa yoluna qayıtması, qonşu Ermənistanın olub-olmamasını, eləcə də Qafqazdakı sülhün taleyini həll edəcək. Mən sizin vətənpərvərliyiniz və müdrikliyinizə güvənirəm”, – deyə bildirib.
Əliyar Xəlil
Globalinfo.az














