Ruslar SSRİ barədə nə düşünürlər? – Sorğunun nəticəsi

Ruslar SSRİ barədə nə düşünürlər? – Sorğunun nəticəsi

Rusiyalıların təxminən yarısı SSRİ-nin bərpa olunmasını istəyir.

Globalinfo.az xəbər verir ki, bu nəticə Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb.

Məlumata görə, əhalinin 16%-i üçün SSRİ sakitlik və etibarlılıq, 15%-i üçün gənclik, 15%-i üçün yaxşı zamanlar, 13%-i üçün isə xalqların dostluğu kimi assosiasiya olur.

Sorğunun nəticəsinə əsasən, 51% rus üçün SSRİ daha yaxşı quruluş olub. SSRİ-nin çöküşündən əhalinin 58%-nin təəssüfləndiyi bildirilib.

Sorğuda iştirak edənlərin cəmi 48%-i SSRİ-nin bərpasını yenidən arzuladıqlarını ifadə edib.

Gülnar Səlimova
Globalinfo.az