6362a5e01d8e96362a5e01d8ea16674093766362a5e01d8e56362a5e01d8e7

 

Rusiyanın “Regnum“ xəbər agentliyi fəaliyyətini dayandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə agentlik “Telegram” kanalında məlumat yayıb.

“Hörmətli oxucular! “Regnum“ informasiya agentliyinin sahibi idarə heyətini heç bir səbəb olmadan dəyişib. Vəziyyət aydınlaşana qədər agentlik fəaliyyətini dayandırır”, – deyə baş redaktor Modest Kolerov açıqlamasında bildirib.

Hazırda agentliyin saytına daxil olarkən yayımın dayandırılması barədə yazı əks olunur.

Xatırladaq ki, Modest Kolerov “Regnum” agentliyinin həmtəsisçisi və baş redaktorudur.

Paylaş: