Nyu-York – Münxen reysi ilə uçan təyyarə Parisə enib

Nyu-York – Münxen reysi ilə uçan “Lufthansa” şirkətinə məxsus təyyarə Parisə təcili eniş edib.

APA-nın BFM TV-yə istinadla xəbərinə görə, buna səbəb bir “Tik-Tok” istifadəçisinin təyyarəyə bomba qoyulması barədə paylaşımı olub. Nyu-Yorkdan təlimat alan gəmi komandiri Paris aeroportuna enməyə qərar verib.

Sərnişinlər başqa təyyarə ilə Münxenə yola salınıb. Minaaxtaranlar 4 saatlıq yoxlama zamanı hava gəmisində heç nə tapa bilməyiblər.

Hadisə bazar ertəsi baş versə də, xəbər bir neçə saat əvvəl yayılıb.