Rusiyanın Navalnını ABŞ-a qaytarmaq planı olub? – Sallivan açıqladı

Rusiyanın Navalnını ABŞ-a qaytarmaq planı olub? - Sallivan açıqladı

“Navalnı da məhbus mübadiləsində iştirak etməli idi”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinq zamanı deyib.

“Aleksey Navalnı həbsxanada ölməzdən əvvəl məhbus mübadiləsində iştirak etməli idi”, – deyə Sallivan vurğulayıb.

Xatırladaq ki, bu gün Rusiya ilə ABŞ arasında böyük məhbus mübadiləsi baş tutub. Rusiya 16, ABŞ isə 8 nəfəri azad edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az