Rusiyanın keçmiş baş naziri xarici agentlərin siyahısında

Rusiyanın keçmiş baş naziri Mixail Kasyanovun adı xarici agentlərin siyahısına daxil edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, Kasyanov Rusiyanın dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yürütdüyü siyasət barədə yalan məlumatlar yayıb. O, Ukraynada xüsusi hərbi əməliyyata qarşı çıxıb, xarici strukturların təqdim etdiyi informasiya platformalarında respondent kimi iştirak edib.