Rusiyanın ikibaşlı qartalı Cənuba da baxır – Putin

Rusiyanın ikibaşlı qartalı Cənuba da baxır - Putin

“Rus ikibaşlı qartalı təkcə Qərbə və Şərqə deyil, həm də Cənuba baxır”.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib.

“Dediniz ki, bizim qartal Şərqə və Qərbə baxır. Amma cənub da var”, – Putin plenar iclasın moderatorunun ikibaşlı qartalın başqa bir istiqamətə baxmağa başlaması ilə bağlı sualını cavablandırarkən bildirib.

Prezident qeyd edib ki, Rusiyanın Asiya-Sakit okean regionunda, Qlobal Cənubda dostları ilə qarşılıqlı fəaliyyət və birgə iş mövcud siyasi vəziyyətlə bağlı deyil. Nümunə kimi o, Çin Sədri Si Cinpinlə 20 il əvvəl başlayan birgə işi göstərib:

“Bu, qarşılıqlı maraqlarla bağlıdır. İqtisadiyyatlarımız bir-birini tamamlayır. Biz qonşuyuq. Bizim çoxlu ümumi maraqlarımız, yanaşmalarımız və ənənəvi dəyərlərimiz var.

Bizim (Cənubda) bir çox ölkələrlə, o cümlədən Çin, Hindistan, İndoneziya ilə mehriban qonşuluq münasibətlərimiz var. Malayziya, Tailand, Vyetnam kimi kiçik, lakin sürətlə inkişaf edən ölkələr var ki, onlarla onilliklər ərzində xüsusi əlaqələrimiz mövcuddur”.

Xatırladaq ki, Rusiyanın dövlət gerbində ikibaşlı qartal təsviri var.