Rusiyanın “Dojd” telekanalının aparıcısı bu çıxışa görə işdən qovuldu – VİDEO

Rusiyalı jurnalist Aleksey Korostelyevin canlı yayımda etdiyi çağırış başına bəla olub.

Globalinfo.az xəbər verir ki, jurnalist “Dojd” telekanalında çıxışı ərəfəsində izləyiciləri səfərbərlik zamanı pozuntular barədə yazmağa çağıraraq bildirib ki, telekanal cəbhədəki rus hərbçilərinə yardım edəcək.

Efirdən sonra “Dojd” telekanalının informasiya xidmətinin rəhbəri Yekaterina Kotrikadze A.Korostelyevi işdən azad etdiklərini elan edib:

“Biz bu gündən etibarən Aleksey Korostelyevlə əməkdaşlığı dayandırmaq qərarına gəldik. Bu, bizim üçün çox çətin qərardır, lakin “Dojd” rəhbərliyi bunu yeganə düzgün və mümkün qərar hesab edir” – Y.Kotrikadze deyib.

Bu qalmaqaldan sonra kanalın iki tanınmış jurnalisti Vladimir Romenski və Marqarita Lyutova kanal rəhbərliyinin qərarına etiraz olaraq “Dojd”la əməkdaşlığı dayandırdıqlarını elan ediblər.

Zaira Akifqızı
Globalinfo.az