Rusiyada miqrantlara qarşı genişmiqyaslı reydlər başladı

Rusiyada miqrantlara qarşı genişmiqyaslı reydlər başladı

Rusiyanın Smolensk vilayətinin Vyazma şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları miqrantlara qarşı genişmiqyaslı reydlər keçirirlər.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, reydlər xüsusilə şəhər bazarlarında və tikinti sahələrində aparılır.

“Güc strukturları (o cümlədən OMON) qeyri-slavyan görünüşlü şəxsləri saxlayır. Onların arasında hətta Rusiya pasportu olanlar da var”, – Rusiya Teleqram kanallarından biri yazır.

Məlumata görə, reydlər 22 yaşlı yerli sakinin qətli ilə bağlı ola bilər. Onun dostunu müdafiə edərkən bıçaqlandığı bildirilir.

Daha sonra cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb, lakin onların şəxsiyyəti açıqlanmayıb.

Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları döyülərək öldürülüb, daha 9 nəfər isə saxlanılıb. Öldürülənlər tanınmış ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Saxlanılanların hamısı yaxın qohumlardır və Rusiya vətəndaşılarıdır. Ağdam rayonundan olan Səfərovlar əsasən restoran biznesi ilə məşğul olublar.