Rusiyanın axtardığı şəxs Bakı aeroportunda ələ keçdi

Rusiyanın axtardığı şəxs Bakı aeroportunda ələ keçdi

Rusiyanın axtarışa verdiyi şəxs Heydər Əliyev Beynəlxalq Hava Limanında tutulub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yanvarın 22-si saat 22 radələrində baş verib.

Tbilisi-Bakı reysi ilə Azərbaycana gələn Rusiya vətəndaşı, 1986-cı il təvəllüdlü Bayramov Mustafa Nəriman oğlu saxlanılıb. Onun Rusiyanın Cinayət Məcəlləsinin 159-cu (Dələduzluq) maddəsi ilə axtarışda olması məlum olub.

M.Bayramov aidiyyəti üzrə təhvil verilib.