Rusiyalı siyasi və ictimai xadim, yazıçı Zaxar Prilepini öldürməyə cəhdə şübhəli bilinən ikinci şəxs də saxlanılıb.
Globalinfo.az xəbər verir ki, məlumatı Rusiya hüquq-mühafizə orqanları da təsdiq edib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslə bağlı əməliyyat tədbirləri həyata keçirirlər.
Bundan əlavə, hazırda Moskvada şübhəli şəxs qismində saxlanılan şəxslərin qaldıqları mənzildə axtarışlar aparılır.
***
Rusiyalı yazıçı Zaxar Prilepinə sui-qəsdə cəhddə şübhəli bilinən şəxs törətdiyi əməli etiraf edib.
Globalinfo.az xəbər verir ki, bu barədə 112 telegram kanalı məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxs bir neçə il əvvəl Ukraynanın xüsusi xidmət orqanlarından biri tərəfindən işə əməkdaşlığa cəlb olunduğunu bildirib.
O, ifadəsində qeyd edib ki, sonuncu tapşırığı RF vətəndalığı almaq və Zaxar Prilepini öldürmək olub.
Məlum olub ki, adam bir neçə gün yazıçını izləyib, Prilepinin evinə gedən yolda tank əleyhinə minalar basdırıb. Bu gün Prilepinin olduğu “Audi Q7” markalı avtomobil həmin minalardan birinə düşüb.
Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyini Prilepinə qarşı sui-qəsd cəhdində şübhəli bilinən ikinci şəxsin də saxlanıldığını açıqlayıb.














