Rusiyadan ikibaşlı bəyanat: “Moldovanı ikinci Ukrayna roluna hazırlayırlar”

Rusiyadan ikibaşlı bəyanat: "Moldovanı ikinci Ukrayna roluna hazırlayırlar"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldovanın NATO ilə yaxınlaşmasını və bu çərçivədə keçirilən birgə hərbi təlimləri sərt şəkildə tənqid edib.

Globalinfo.az xəbər verir ki, o, bu addımların NATO-nun maraqlarına uyğun şəkildə Moldovanın hərbiləşdirilməsi prosesinə xidmət etdiyini vurğulayıb.

Moskvada keçirilən həftəlik mətbuat konfransında çıxış edən Zaxarova bildirib ki, bu ölkəni ikinci Ukrayna roluna hazırlayırlar. Onun sözlərinə görə, Qərbin regiondakı siyasəti bölgədəki sabitliyi təhdid edir və Rusiyanın milli təhlükəsizliyi üçün risklər yaradır.

Zaxarova həmçinin Rusiya ilə Ukrayna arasında danışıqların üçüncü raundunun mümkünlüyünə toxunaraq bildirib ki, Moskva bu danışıqlara hazırdır:

“Rusiya nümayəndə heyəti üçüncü tur danışıqlar üçün İstanbula getməyə hazırdır. Ümid edirik ki, Kiyev əldə olunan razılaşmalara uyğun hərəkət edəcək.”

O əlavə edib ki, Ukrayna ya danışıqlardan yayınır, ya da onlara hazır deyil.

Tahir Turan
Globalinfo.az