Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Risk edirsiniz!

Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Risk edirsiniz!

“Ermənistan parlamenti ölkənin Roma Əsasnaməsinə qoşulmasının nəticələrini araşdırmalı və bunun Rusiya ilə müttəfiqlik münasibətlərinə təsirini dəyərləndirməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Parlamentinin Federasiya Şurasının sədr müavini, Ermənistan parlamenti ilə əməkdaşlıq üzrə parlamentlərarası komissiyasının həmsədri Yuri Vorobyov deyib.

“Ümid edirik ki, tərəfdaşlarımızın bu addımı anti-Rusiya məzmunu daşımır. Lakin yenə də bu məsələ Rusiya ilə Ermənistan arasında münasibətlərə ziyan vurur. Biz əməkdaşlarımızı Roma Əsasnaməsinə qoşulmağın nəticələrini və Moskva ilə münasibətlərə yönəlik riskləri dəyərləndirməyə çağırırıq. Məsələ ilə bağlı Ermənistan parlamentinin üzvlərinə səslənirəm”, – o bildirib.

Qeyd edək ki, Ermənistanda Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin ratifikasiyası məsələsi müzakirə edilir.

Ayşən Mustafa
Globalinfo.az