Rusiyadan ABŞ-ın hücumuna reaksiya

Rusiyadan ABŞ-ın hücumuna reaksiya

Rusiya ABŞ ordusunun Venesuela yaxınlığında beynəlxalq sularda gəmilərə endirdiyi zərbələri kəskin şəkildə tənqid edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya “RİA Novostiy”ə açıqlamasında bildirib.

Diplomat bu hücumları beynəlxalq hüququn və insan haqlarının pozulması kimi qiymətləndirib.

“Bu cür hərəkətlər yalnız Amerikanın müstəsnalığı ilə bağlı bədnam nəzəriyyəyə uyğundur. ABŞ düşünür ki, hər şeyi edə bilər, digər ölkələr isə yalnız onun icazə verdiyini,” – Nebenzya deyib.

Xatırladaq ki, ABŞ ordusu Venesuela yaxınlığında beynəlxalq sularda narkotik ticarəti və terror təşkilatları ilə əlaqəsi olduğu iddia edilən bir gəmiyə zərbə endirdiyini açıqlamışdı.

Tahir Turan

Globalinfo.az