Rusiyanın Ryazan vilayətində “Elastik” zavodunda dəhşətli partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
İdarədən onu da qeyd ediblər ki, fövqəladə hadisə yerində nazirliyin əməkdaşları 3 nəfəri dağıntılar altından çıxarıblar.
Partlayışın dəqiq səbəbləri hələlik açıqlanmasa da, ilkin ehtimallara görə, hadisə istehsalat prosesindəki texniki nasazlıq nəticəsində baş verib.
Əliyar Xəlil
Globalinfo.az













