Rusiyada 23 yaşlı gənc hərbi xidmətə çağırıldığı üçün intihar edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Hadisə paytaxt Moskvada yaşanıb. Məlumata görə, gənc ölümündən öncə dostları ilə danışıb, orduya çağırışla bağlı bildiriş aldığını, getmək istəmədiyini deyib. Bir qədər sonra isə həyatına son qoyub.
Qeyd edək ki, Rusiyada oktyabrın 1-dən dekabrın 31-nə kimi hərbi xidmətə payız çağırışı elan edilib. 130 min nəfərin bu çərçivədə orduya çağırılması planlaşdırılır.
Əliyar Xəlil
Globalinfo.az














