Rusiyada çimərliyə ildırım düşdü: ölənlər var

Rusiyada çimərliyə ildırım düşdü: ölənlər var

Rusiyanın Tula vilayətində çimərlikdə ildırım vurması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, ildırım vurması Oka çayı üzərindəki Şaxtyor pansionatında baş verib.

Çayda insanlar olan zaman ildırım düşüb.

Təcili yardım gələnə kimi 3 nəfər yerindəcə keçinib, qalanları xəstəxanaya yerləşdirilib.