Rusiyada elmi-tədqiqat institutunda yanğın: 9 nəfər öldü – VİDEO

Rusiyanın Moskva vilayətində “Platan” Elmi-Tədqiqat İnstitutunun əsas binasında yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İki nəfərin özünü 7-ci mərtəbədən atıb, 7 nəfər isə tüstüdən boğularaq ölüb.

Qeyd edilib ki,Yanğının sahəsi 4500 kvadrat metrə qədər genişlənib. Yanğının söndürülməsinə iki yanğınsöndürən helikopter də cəlb olunub.

Alov bütün binanı bürüyüb. Yanğın başlayanda binada olan bir neçə nəfər barədə məlumat yoxdur.