
Rusiyanın Kazan hava limanında bu gün ikinci dəfə uçuşlara məhdudiyyətlər tətbiq edilib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
“Kazan hava limanında Moskva vaxtı ilə saat 15:05-dən (Bakı vaxtı ilə 16:05) hava gəmilərinin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – məlumatda qeyd olunub.
Tətbiq edilən məhdudiyyətlər bu gün ərzində ikincidir.
***10:59
Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijnekamsk və Ulyanovsk aeroportlarının fəaliyyətinə qoyulan müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
Globalinfo.az bildirir ki, bu barədə “Rosaviatsia” məlumat yayıb.
Məhdudiyyətlərin qüvvədə olduğu müddətdə Kazana uçan iki təyyarə Ufa ehtiyat aerodromunda eniş edib.
***10:08
Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Rosaviatsia” Teleqram kanalında məlumat yayıb.
“Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün bu gün səhər Kazan, Nijneкamsk, Ulyanovsk hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – qurum bildirib.
Qeyd olunub ki, aeroportlar müvəqqəti olaraq reyslər qəbul etmir və yola salmır.













