ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında münaqişənin sülh yolu ilə həll olunmaması səbəbilə hər iki tərəfdən narazılığını ifadə edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Rusiya məni çox məyus etdi, amma Ukrayna da məyus edib, çünki hesab edirəm ki, bu məsələ üzrə razılaşmalar əldə edilə bilərdi”, – deyə Tramp qeyd edib.
O, münaqişənin sülh yolu ilə həllinin vacibliyinə toxunaraq əlavə edib:
“Çox önəmlidir ki, bu razılaşma baş tutsun. Qan tökülməsi dayandırılmalıdır”.
Aysel Əliyeva
Globalinfo.az














