Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi

İyunun 2-də İstanbul görüşündə əldə edilən razılaşmaya əsasən, RusiyaUkrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“İyunun 10-da Rusiya və Ukrayna arasında 2 iyun tarixində İstanbulda əldə edilmiş razılaşmalara uyğun olaraq, Kiyev rejiminin nəzarətindəki ərazilərdən ikinci rusiyalı hərbçi qrupu geri qaytarılıb. Əvəzində Ukrayna Silahlı Qüvvələrinin hərbi əsirləri qarşı tərəfə verilib”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, əsir mübadiləsinin birinci partiyası iyunun 9-da baş tutub. Tərəflər 25 yaşa qədər hərbi əsirləri azad edib.

Aysel Əliyeva
Globalinfo.az