Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri oktyabrın 11-də Rusiyanın 14 raketini zərərsizləşdirib.
Globalinfo.az xəbər verir ki, “Report”un UNIAN-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığından bildirilib.
Onun sözlərinə görə, “Mərkəz” komandanlığı 2, “Şərq” komandanlığı 4, “Cənub” və “Qərb” komandanlığı isə ümumilikdə 8 raketi məhv ediblər.
***10:15
Rusiya Ukraynanın Zaporojye şəhərinə 12 ədəd S-300 raketi atıb, ölən var.
Globalinfo.az xəbər verir ki, “Report”un “Ukrainski pravda”ya istinadən məlumatına görə, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasından bildirilib.
Qeyd olunub ki, ictimai iaşə obyektləri, o cümlədən təhsil müssisələri ilə yanaşı, dövlət obyektləri də hədəf alınıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidəki yanğını söndürüblər.
Məlumata görə, Rusiyanın atdığı 2 raket avtosalona düşüb, 1 nəfər ölüb.
***09:43
Bu gün səhər saatlarında Rusiya Ukraynanın Zaporojye şəhərinin mərkəzinə raket zərbələri endirib.
Globalinfo.az xəbər verir ki, “Report”un “Ukrainski pravda”ya istinadən məlumatına görə, bu barədə Zaporojye Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux bildirib.
O deyib ki, hücum zamanı infrastruktur obyektləri hədəfə alınıb.
Dağıntı və tələfatla bağlı araşdırma aparılır.
Məlumata görə, Rusiyanın hücumu zamanı ictimai iaşə obyektlərinə, o cümlədən təhsil və tibbi müəssisələrinə, yaşayış binalarına ziyan dəyib.
Qeyd edək ki, oktyabrın 10-da Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyev şəhərini və bir neçə vilayəti raket atəşinə tutub.













