“Rusiya tərəfi İstanbulda keçirilən görüş ərəfəsində Ukraynanın təqdim etdiyi sülh təklifinə hələ də cavab verməyib”.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
“Rusiya İstanbulda masa üzərinə diplomatiyaya uyğun olmayan, sırf ultimatumlardan ibarət bir siyahı qoydu. Bu, sülhə aparan yol deyil.” – deyə o qeyd edib.
Sibiqa əlavə edib ki, Ukrayna sülhə hər kəsdən daha çox çalışır:
“Ukrayna sülh istəyir, amma bu prosesə Rusiya mane olur. Onlar hələ də bizim təqdim etdiyimiz sülh razılaşmasına cavab verməyiblər”.
Aysel Əliyeva
Globalinfo.az














