Rusiya təlaşda: “Berlində hansı plan hazırlanır?”

Rusiya təlaşda: "Berlində hansı plan hazırlanır?"

“Avropada – Almaniya, Fransa və Böyük Britaniyada hazırlanan anti-Rusiya planları çox həyəcanverici siqnaldır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Almaniya müdafiə nazirinin bizi hədələdiyi hər hansı müdaxilələr, məsələn, rus əsgərlərini öldürməyə hazır olmaqları, NATO liderlərinin Kalininqrad bölgəsini darmadağın edə biləcəkləri barədə bəyanatı  həyəcanvericidir. Berlində hansı planlar hazırlanır? Əlbəttə, onlar layiqli cavab alacaqlar. Rusiya Avropa İttifaqının (Aİ) Kiyev rejiminin əli ilə qarşısını almağa çalışdığı bütün məqsədlərinə nail olacaq”, – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az