Rusiya Sumıya zərbələr endirdi: yaralı sayı artdı

Rusiya Sumıya zərbələr endirdi: yaralı sayı artdı

Sumıya endirilən zərbələr zamanı yaralananların sayı artıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb.

Məlumata görə, yaralıların sayı 88 nəfərə yüksəlib, onlardan 17-si azyaşlıdır.

***

21:07

Rusiyanın Sumi şəhərində bir məktəbə və xəstəxanaya raket hücumu nəticəsində 13-ü uşaq olmaqla, azı 74 nəfər yaralanıb.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, bu barədə Sumı vilayəti dövlət administrasiyasının rəisi Volodimir Artyux məlumat yayıb.

Məlumata görə, hücum zamanı məktəblilər sığınacaqda olublar. Zərbələr bir neçə yaşayış binasına tuş gəlib.

“Moskva sülhdən danışdığı bir zamanda sıx əhalinin məskunlaşdığı iri şəhərlərə zərbələr endirməyə davam edir. Sülh haqqında boş bəyanatlar vermək əvəzinə, Rusiya şəhərlərimizi bombalamağı dayandırmalı və dinc sakinlərə qarşı müharibəyə son qoymalıdır”, – Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.

Aysel Əliyeva
Globalinfo.az