Rus ordusu Azərbaycanla sərhəddən çəkildi

Rus ordusu Azərbaycanla sərhəddən çəkildi

Rusiya hərbçiləri Azərbaycanla sərhəddəki Nerkin-And kəndini tərk ediblər.

Globalinfo.az xəbər verir ki, bunu Sünik (Zəngəzur – red.) qubernatoru Robert Qukasyan deyib.

“Onlar 44 günlük müharibədən sonra yerləşdikləri ərazini tərk etdilər. Həmçinin Nerkin-Andı tamamilə tərk ediblər”, – o bildirib.

Qeyd edək ki, Nerkin-And kəndi istiqamətində fevral ayında Azərbaycanla Ermənistan hərbçiləri arasında gərginlik yaşanmışdı. Ermənistan rəhbərliyi o zaman baş verənlərə görə dolayı yolla Rusiyanı ittiham etmişdi.

Əliyar Xəlil
Globalinfo.az