Rusiya ABŞ və Böyük Britaniyanı məhv edəcək güclü nüvə raketi hazırlayır.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Nyu York Post” qəzeti yayıb.
Qəzet bu qənaətə Rusiya Müdafiə Nazirliyinin “Yars” qitələrarası raketinin yeni görüntülərini yaydıqdan sonra gəlib:
“Rusiyanın təbliğatçıları deyirlər ki, “Yars” ABŞ-nin Xirosimanı məhv edən bombasından 12 dəfə güclüdür. Oktyabrda Ukrayna müharibəsindəki gərginlik fonunda Putin bu raketin buraxılışını həyata keçirib”.
Qeyd edək ki, son dövrlər Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyi haqqında informasiyaların sayı artıb. Doğrudur, iki ay öncə ilə müqayisədə Qərbin bu istiqamətdə təbliğatı güclənsə də, Moskvanın bənzər varianta gedəcəyi də ehtimal edilir. Bununla belə, Moskva nüvə silahından istifadəni təkzib edir, lakin Rusiyaya hücum olacağı halda bu varianta əl atacağını gizlətmir.
“Yars” raketləri SSRİ dağıldıqdan sonra istehsal olunan “Topol-M”-in modernləşdirilmiş formasıdır. Bu raketlər Rusiyanın arsenalındakı “Topol-M”-ləri əvəz etməlidir. 12 min kilometr məsafədəki hədəfləri məhv edə bilən “Yars” nüvə başlığı daşımaq qabiliyyətindədir. Üstəlik, bu raketləri özəl edən başqa səbəb onların hava hücumundan yayına bilmək xüsusiyyətidir.
Gülnar Səlimova
Globalinfo.az














