Rusiya qazı Ermənistana neçədən satılır? – “Paşinyan gəldikdən sonra məbləğ dəyişdi”

Rusiya qazı Ermənistana neçədən satılır? - "Paşinyan gəldikdən sonra məbləğ dəyişdi"

“Beynəlxalq Enerji Agentliyinin saytında “Ermənistan hesabatına” diqqət yetirdim, Rusiya ermənilərin qazını hələ 10 il əvvəldən çox alıbmış.”

Globalinfo.az xəbər verir ki, bunu enerji məsələləri üzrə ekspert İlham Şaban deyib.

Ekspert Ermənistanın Rusiyadan aldığı qazın qiymətinin 2018-ci ildən sonra dəyişdiyini bildirib:

“Yəni Qafqazda qazı ən baha elə ermənilərə satırmış, onlar da heç zaman “qaz pulunu” tam ödəmirlərmiş.  2014-cü ildə razılaşıblar ki, yığılan borcları silirlər, amma “ArmRosGazprom” birgə müəssisəsindəki təsis payının 20%-i “Gazprom”a keçir. Sonra “Gazprom Armenia” şirkəti yaradılır və sərhəddə 270 dollardan satdıqları qazı 150 dollara qədər ucuzlaşdırırlar. Amma əhali və təsərrüfatlar üçün qaz ucuzlaşmayıb, bunu da onunla əsaslandırıblar ki, bəs ölkədaxili qazlaşdırma üçün pul lazımdır. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya Ermənistana qaz satış qiymətlərini 165 dollara qədər artırıb. Bu isə daxili bazarda qiymətləri yüksəldib, Onlarda da diferensial qaz tarifləri var, amma 600 m3-dək istifadəçilər üçün – 1 kubmetr bizim pulla təqribən 35 qəpikdir. Limiti keçdin, qiymətlər kəllə-çarxa qalxır”.

İ.Şabahan qeyd edib ki, bəzi ölkələrin 1000 kubmetr qaza sərf etdiyi məbləği nəzərə çatdırıb:
İsveç – $3050
Danimarka – $2400
Çexiya – $2300
Ermənistan – $356,9
Gürcüstan – $211,9
Belarus – $112,3
Rusiya – $96,5
Azərbaycan – $70,6
Qazaxıstan – $62,3