“Yaxın vaxtlarda Ermənistanın Qafan şəhərində baş konsulluğun açılmasını planlaşdırırıq”.
Globalinfo.az bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib:
“Ermənistanla yanaşı, Maldivdə də baş konsulluğun açılmasına qərar verilib. Hazırda İndoneziyanın Balı adasında da analoji statusda diplomatik nümayəndəliyin fəaliyyətə başlaması üçün işlər aparılır. Hazırda bu məqsədlə son dərəcə nəhəng təşkilati-texniki işlər aparılır” – deyə, Y. İvanov fikirlərini yekunlaşdırıb.













