Rusiya Qafanda baş konsulluq açır

Rusiya Qafanda baş konsulluq açır

Rusiya hökuməti Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Qafan şəhərində baş konsulluğun açılması ilə bağlı razılaşmanı təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin fərman imzalayıb.

Rusiyanın Qafandakı baş konsulluğu Ermənistanda sayca ikinci olacaq. Birincisi isə Gümrüdə yerləşir.