Putin Paşinyanı İrəvanda bu sözlərlə təhdid etdi

Putin Paşinyanı İrəvanda bu sözlərlə təhdid etdi

Cənubi Qafqaz Rusiya üçün həyati əhəmiyyətli regiondur.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

Onun sözlərinə görə, Rusiyanın bölgədən çıxmasından söhbət belə gedə bilməz:

“Rusiyanın regionu tərk edib buranı unudacağından söhbət belə gedə bilməz. Üstəlik, bizim Ermənistanla münasibətlərdə müttəfiqlik öhdəliklərimiz var. Bunu  unutmuruq və ondan imtina etmək niyyətində deyilik. Bizim getməyimizlə bağlı informasiyalar spekulyasiyadır. Rusiyanın hərbi mövcudluğu, sülhməramlılar və sərhədçilərin timsalında 2020-ci ildən sonra Ermənistan tərəfinin xahişi ilə artırılıb. Azərbaycan-Ermənistan sərhədinin bəzi məntəqələrində də sərhədçilərimiz yerləşdirilib. Bu stabillik, eləcə də eskalasiyanın qarşısını almaq üçün önəmli faktdır”, – o bildirib.

Qeyd edək ki, son zamanlar Ermənistanda Rusiyanın aktivliyi maksimum həddə çatıb. Xüsusilə bu, bölgəyə Avropa Birliyi mülki missiyasının gəlməsi xəbərlərindən sonra daha da güclənib.

İlkin Həsənov
Globalinfo.az