“Rusiya ordusu mülki hədəfləri vurmur” – Peskov

"Rusiya ordusu mülki hədəfləri vurmur" - Peskov

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı Ukraynanın son iddialarına münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, Ukrayna rəsmiləri Zaporojya vilayətindəki Belenkovskaya islah müəssisəsinə endirilən hava zərbəsi nəticəsində 17 nəfərin həlak olduğunu açıqlamışdı.

Peskov isə bu iddiaları rədd edib və Rusiyanın mülki obyektləri hədəf almadığını bildirib:

Rusiya ordusu mülki hədəfləri vurmur. Zərbələr yalnız hərbi və ya hərbi infrastrukturla əlaqəsi olan obyektlərə endirilir”, – deyə o, brifinqdə bəyan edib.

Ukrayna tərəfi isə hadisə ilə bağlı daha sərt mövqe sərgiləyib. Rəsmi Kiyev Belenkovskaya cəzaçəkmə müəssisəsində saxlanılanların əksəriyyətinin mülki məhkumlar olduğunu və hücumun beynəlxalq humanitar hüququn pozulması olduğunu vurğulayıb.

Tahir Turan
Globalinfo.az